Cümə
Yan 16

ABŞ-nin İslandiyadakı səfiri vəzifəsinə namizəd 52-ci ştatla bağlı zarafatına görə üzr istədi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Prezident Donald Trampın ABŞ-nin İslandiyadakı səfiri vəzifəsinə namizədi Bill Lonq adanın 52-ci ştat olacağı ilə bağlı zarafatına görə üzr istəyib.

King.Az xəbər verir ki, bu barədə diplomat "Arctic Today" nəşrinə açıqlama verib.

"Üzr istəyirəm, bu mənim yeganə şərhimdir", - deyə Lonq bildirib.

O belə bir zarafatı dostları arasında etdiyini də vurğulayıb.

Daha əvvəl sözügedən siyasətçi Konqres üzvlərinə zarafatla İslandiyanın ABŞ-nin 52-ci ştatı olacağını və oraya özünün rəhbərlik edəcəyini söyləmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.