Çərşənbə
Apr 02

Qızılın qiyməti yeni rekorda çatıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Çərşənbə axşamı qızıl qiymətləri ABŞ Prezidenti Donald Trampın genişmiqyaslı ticarət tariflərinin tətbiqi barədə gözlənilən elanı ərəfəsində yeni tarixi maksimuma çataraq əhəmiyyətli artım nümayiş etdirib. Lakin Amerika iqtisadiyyatı üzrə təzə məlumatların dərc edilməsindən sonra qiymətli metalın bahalaşması bir qədər yavaşlayıb.

King.Az-ın məlumatına görə, bu barədə gold.1prime.ru xəbər verib.

Bildirilib ki, spot bazarında qızıl 0.3% ucuzlaşaraq troya unsiyası üçün $3 132.43 səviyyəsinə düşüb.

Bununla belə, ticarət sessiyasının əvvəlində qızılın qiyməti rekord $3 148.88 səviyyəsinə çatmışdı. ABŞ-də qızıl füçersləri 0.4% artaraq 3 164.20 dollara çatdı.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.