Ongünlük ultimatumun bitdiyi avqustun 8-dək Ukraynada atəşkəs əldə olunmazsa, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edəcək.
King.Az-ın RBK-ya istinadən xəbərinə görə, bu barədə jurnalistlərə ABŞ Prezidenti Donald Tramp bildirib.
ABŞ prezidenti Ukraynada atəşkəslə bağlı razılıq əldə olunmazsa, avqustun 8-də nə baş verəcəyi ilə bağlı sualı cavablandırıb.
"Sanksiyalar olacaq, lakin görünür ki, onlar kifayət qədər uğurlu şəkildə bu sanksiyalardan yayınırlar. Bilirsiniz, onlar hiyləgər insanlardır və olduqca uğurlu şəkildə onlardan yayınmağa müvəffəq olurlar, ona görə də görək bundan nə çıxacaq", - deyə o qeyd edib.
Xatırladaq ki, iyulun ortalarında Donald Tramp 50 gün ərzində Ukraynada münaqişənin nizamlanmasında irəliləyiş əldə edilməsə, ABŞ-nin Rusiyadan karbohidrogenlər alan ölkələrə qarşı ikincili rüsumlar tətbiq edəcəyini bildirib. Daha sonra o, ultimatum müddətini 10 günə, avqustun 8-dək qısaldıb. ABŞ-nin BMT-dəki daimi nümayəndəsi Con Kelli qeyd edib ki, Rusiya ilə Ukrayna arasında münaqişə o vaxta qədər dayandırılmalıdır.
Oxşar Mövzular
"Everton" klubunun yeni baş məşqçisinin adı məlum olub
11-01-2025, 19:41Rusiya aviaşirkətinin daha bir təyyarəsi məcburi eniş edib
30-12-2024, 23:21
İngiltərənin iki klubu cərimələndi
26-02-2026, 11:19