AFFA İntizam Komitəsi "Zirə" klubuna ciddi xəbərdarlıq edib.
King.Az xəbər verir ki, buna U-15 Liqasında keçirilən "Neftçi" - "Zirə" oyunu bitdikdən sonra baş verənlər səbəb olub.
"Zirə"nin baş məşqçisi Natiq Kərimi meydana daxil olaraq hakimin qərarına etiraz etdiyinə görə qırmızı vərəqə alıb. Buna görə də çalışdırıcı iki oyunluq cəzalandırılıb.
"Zirə"nin azarkeşləri hakimlərin üzərinə hücum çəkib, onların ünvanına təhqiredici ifadələr səsləndiriblər. Buna görə qəsəbə təmsilçisinə xəbərdarlıq edilib.