Qazaxıstanın Akmola vilayətində Astana-Şuçinsk magistral yolunda baş verən zəncirvari qəzada 95 avtomobil toqquşub.
Bu barədə King.Az "Sputnik Qazaxıstan"a istinadən xəbər verir.
"Zəncirvari qəza nəticəsində 11 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri ilə Bulandın rayon xəstəxanasına müraciət edib, onlardan dördü xəstəxanaya yerləşdirilib", - deyə Akmola vilayətinin Polis İdarəsindən məlumat verilib.
Məlumata görə, 30 avtomobil öz hərəkəti ilə yola düşə bilib, daha 10 avtomobil isə daşıyıcı vasitəsilə təxliyə edilib. Eyni zamanda ərazidə magistral yolda avtomobillərin yolu boşalda bilməsi üçün ayırıcı hasar sökülür.
Regional fövqəladə hallar departamenti əhalini yaşayış məntəqələrindən kənara çıxmamağa çağırıb.
Həmçinin hadisə yerindən yayılan görüntülərdə 200-dən çox avtomobildən ibarət karvanın qar fırtınası şəraitində Astana-Şuçinsk yolu ilə paytaxta doğru hərəkət etdiyi bildirilir. Onları polis maşınları və Fövqəladə Hallar Nazirliyinin əməkdaşları müşayiət edirlər.
Qazaxıstan Fövqəladə Hallar Nazirliyinin müavini Keqen Tursınbayev hadisə yerindədir. Xilasetmə əməliyyatlarına 68 texnika və 152 xilasedici cəlb olunub, 70-dən çox insan təxliyə edilib.

Oxşar Mövzular
İngiltərə klubu loqotipini dəyişir
10-05-2025, 12:14"Haber Global": "Azərbaycan diplomatik gücünü göstərdi"
28-12-2024, 22:55