0
Şənbə
May 03

"Real Madrid" qolkiperi ilə yollarını ayıracaq

HASANLY

"Real Madrid"in ukraynalı qapıçısı Andriy Lunin yayda klubdan ayrılacaq.

King.Az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 26 yaşlı qolkiper artıq qərarı ilə bağlı Madrid klubunun rəhbərliyini məlumatlandırıb. Lunin ona start heyətində sabit yer tutacağına zəmanət verən komanda tapmaq istəyir.

Qeyd olunur ki, "Real Madrid" artıq Lunin itkisi ilə barışıb və ona əvəzləyici tapıb. "Kral klubu" 2023/24 mövsümündə icarə əsasında "Real Madrid"da oynayan, müqavilə ilə "Çelsi"yə məxsus olan Kepa Arrizabalaqanı qaytarmağa hazırlaşır.

Luninin isə klubla hazırkı əmək müqaviləsi 30 iyun 2030-cu ilə qədərdir. "Transfermarkt" onu 20 milyon avro dəyərində qiymətləndirir. Cari mövsümdə Andriy Lunin "Real Madrid"in heyətində 12 oyun keçirib, 19 qol buraxıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.