İtaliyanın cənubundakı Brindizi şəhərinin hava limanında aviasiya yanacağı bitib.
King.Az xəbər verir ki, bu barədə "La Repubblica" qəzeti məlumat yayıb.
Məlumata əsasən, kerosin qıtlığı səbəbindən məhdudiyyətlər Recco-di-Kalabriya və Peskara hava limanlarında da tətbiq edilib. Brindizidə aviaşirkətlərə sonrakı reysləri həyata keçirmək üçün zəruri olan yanacağı əvvəlcədən doldurmaq tövsiyə olunub.
Orada aprelin 7-də günortaya qədər yanacaq doldurmaq mümkün deyil. Bu tədbir məhdud yanacaq ehtiyatları ilə bağlıdır, buna görə də yanacaq doldurma yalnız hökumət reyslərinə, axtarış-xilasetmə əməliyyatlarının və tibbi reyslərin uçuş aparatlarına zəmanət verilir.
Oxşar Mövzular
"Araz-Naxçıvan" rekordunu təkrarlayıb
11-11-2024, 12:46
