Cümə axşamı
Apr 10

Robert Levandovski UEFA Çempionlar Liqasında rekorda imza atıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Barselona"nın hücumçusu Robert Levandovski Çempionlar Liqasının 1/4 finalında "Borussiya Dortmund"la ilk oyunda (4:0) iki qol vurub.

King.Az xəbər verir ki, polşalı futbolçu turnir tarixində üç fərqli komandanın heyətində bir mövsümdə 10 qol vuran ilk futbolçu olub: "Borussiya Dortmund", "Bavariya" və "Barselona".

Ümumilikdə forvard cari mövsümdə Çempionlar Liqasında 11 qola imza atıb.

Levandovski 2022-ci il iyulun 19-dan "Barselona"da çıxış edir və onun müqavilə müddəti 2026-cı il iyunun 30-na qədərdir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.