Qoç
Boş şeylərə görə nə qədər az əsəbiləşsəniz, gün bir o qədər xoş keçəcək. Nəsə yolunda getməsə soyuqqanlı qalmağa çalışın, tərəfdaşlarınız axmaq hərəkətlər edəndə də emosiyalara uymayın. Ulduzlar müstəqil davranan, kimsədən nə kömək, nə dəstək, nə də məsləhət gözləməyən Qoçların tərəfində olacaq. Yeri gəlmişkən, məhz belə Qoçların bu gün hər işdə onlara arxa dura biləcək müttəfiqləri də peyda ola bilər.
Ciddi iş məsələlərini müzakirə etmək və iş sahəsində uzunmüddətli nəticələr doğura biləcək qərarlar vermək məsləhət deyil. Daha yaxşısı, ailə və şəxsi işlərə fokuslanın, sizin üçün dəyərli olan insanlara daha çox diqqət ayırın.
Buğa
Əla nəticələr əldə etmək olar, amma bunun üçün sürətli hərəkət etmək lazım gələcək. Bu gün ortaya çıxan problemlərin hamısını dərhal həll etmək mümkün olmayacaq, ona görə səbirli olun və ilk uğursuzluqlardan sonra geri çəkilməməyə çalışın. İş sahəsində nəzərəçarpan irəliləyişə adət edilmiş üsullarla hərəkət etməyən, məqsədə çatmağın yeni yolunu axtaran Buğalar nail ola biləcəklər.
Təhsil, yaradıcılıq və tədqiqat işlərində uğurlar mümkündür. Burada əsas olanı tez seçib ayırmaq, xırdalıqlara ilişib qalmamaq və detallara lazım olandan artıq diqqət ayırmamaq bacarığınız çox işə yarayacaq. Həmfikirlərlə ünsiyyət də faydalı olacaq: onlar mütləq maraqlı məlumat və ya vacib xəbərlər paylaşacaqlar.
Əkizlər
Ehtiyatla hərəkət edin və mümkün olan yerdə riskə getməyin. Gün qarşınıza dərhal bir neçə çətin tapşırıq qoyacaq və onları təkbaşına həll etməli olacaqsınız. Tanış işlərdə də müəyyən çətinliklər yarana bilər, əvvəllər əldə olunmuş razılaşmalara yenidən baxmaq lazım gələr. Buna görə narahat olmayın: hər şey sizin üçün ən yaxşı şəkildə alınacaq.
Bu gün məşğul olacağınız işlərin çoxu ciddi yanaşma tələb edəcək. Amma bu, ümumiyyətlə rahatlanmaq imkanı olmayacaq demək deyil. Əksinə, günün ikinci yarısı daha şən keçəcək və əhvalı qaldıran xəbərlər gətirəcək.
Xərçəng
Öz gücünüzə şübhə etməsəniz və vacib qərarları sonraya saxlamasanız, çox şey yaxşı alınacaq. Bu, tez hərəkət etməli olduğunuz və intuisiya səsinə xüsusilə diqqətlə qulaq asmalı olduğunuz günlərdəndir. Həmişə vəziyyəti dərindən araşdırmağa və ölçülüb-biçilmiş qərar verməyə vaxtınız olmayacaq, buna görə daxili səsin “ip ucları” çox faydalı olacaq.
Gün ünsiyyət üçün əlverişlidir. Yeni faydalı əlaqələr qura və ya mövcud münasibətləri möhkəmləndirə bilərsiniz. Bu gün başlayan işgüzar münasibətlər zamanla daha qeyri-rəsmi xarakter ala bilər. Hətta əvvəllər elə də mehriban olmayan, artıq kontaktdan qaçan insanlarla da dostlaşma ehtimalı var.
Şir
Diqqəti toplamaq çətin olacaq: bir çox Şir eyni anda bir neçə işlə məşğul olmalı, ev qayğıları da işdən yayındıra bilər. Üstəlik, planlaşdırılmamış xərclər və ya uğursuz alışlar mümkündür. Maliyyə ilə bağlı hər məsələdə ehtiyatlı olmaq vacibdir.
Qalan sahələrdə isə müsbət tendensiyaların təsiri üstün olacaq. Ünsiyyətcilliyiniz sayəsində çox fərqli insanlarla dil tapacaqsınız, intuisiya isə sizə elə də xoş niyyətli olmayanlarla konfliktlərdən necə yayınmağı göstərəcək.
Qız
Günü vacib işlərlə başlayın və istədiyiniz nəticəni alana qədər diqqətinizi onlardan yayındırmamağa çalışın. Bu bazar ertəsi komanda işi və birgə layihələrdən çox, təkbaşına çalışmağa uyğundur. Bəzi Qızlar hətta sınanmış, etibarlı tərəfdaşların belə onları istədikləri sürətlə irəli aparmağa mane olduğunu hiss edəcəklər. Buna görə mübahisələr, bəzən də kifayət qədər ciddi qarşıdurmalar yarana bilər. Kəskin məqamları yumşaltmağa çalışın, söhbəti şəxsi müstəviyə keçirməyin. İndi iş ortaqları ilə münasibətlərdə problem sizə heç lazım deyil.
Pullarla daha ehtiyatlı davranmaq lazımdır, xüsusən də yaxın vaxtlarda iri alışlar planlaşdırırsınızsa. Özünüzü ciddi maliyyə öhdəliklərinə salmaq, kredit götürmək arzuolunmazdır.
Tərəzi
Gün çətinliksiz keçməyəcək, amma yolunuza aşılmaz maneələr də çıxarmayacaq. Məqsədə çatmaq üçün ixtiraçılıq göstərməli olacaqsınız, amma bunu əla bacaracaqsınız. Bəzi Tərəzilər köhnə rəqiblər üzərində üstünlük qazanmağın və bədniyyətliləri “silahsızlaşdırmağın” yolunu tapacaqlar. İstisna deyil ki, bunda yeni tanış olduğunuz insanlar da kömək etsin.
Gün işgüzar görüşlər və əməkdaşlıq şərtlərinin müzakirəsi üçün uyğundur. Sizə çox perspektivli bir layihəyə qoşulmaq təklif edilə bilər. Fəaliyyət sahəsini dəyişmək barədə düşünən Tərəzilər isə tezliklə uyğun vakansiyalar haqqında xəbər alacaqlar.
Əqrəb
Gün gözlənilməzliksiz keçməyəcək və onların bəzisi kifayət qədər xoşagəlməz ola bilər. Planları dəyişməyə, təyin olunmuş görüşləri təxirə salmağa, səbirsizliklə gözlədiyiniz tədbirləri ertələməyə hazır olun. Bəzi Əqrəblər isə ümumiyyətlə ürəkləri istəməyən işlərlə məşğul olmalı olacaqlar. Amma emosiyaları nəzarətdə saxlasanız, gün nisbətən sakit və hətta kifayət qədər məhsuldar keçəcək.
Səfərlər çox uğurlu alınmaya bilər, xüsusən də qərarı son anda versəniz. Evdə qalan Əqrəblər isə vaxtlarını xoş keçirəcək, güc toplayacaq və ümumilikdə özlərini yaxşı hiss edəcəklər.
Oxatan
Asan olmayacaq. Bu gün demək olar ki, istənilən məqsədə çatmaq üçün səy göstərməli olacaqsınız. Bəzi Oxatanlar ciddi iş problemləri ilə üzləşəcək, digərlərinin isə həmkarlarla fikir ayrılıqları “ayağını yerdən üzəcək”. Anlaşılmazlıqlar, hesablamalarda səhvlər, razılaşmaların pozulması mümkündür. Amma siz vəziyyəti nəzarətə almağın yolunu tapacaq və yenə də istədiyiniz nəticəyə çatacaqsınız.
Yaxınların dəstəyi xüsusilə vacib olacaq. Məhz onların sayəsində pozitiv köklənəcək və istifadə etmək istəyəcəyiniz imkanları görəcəksiniz. Günün ikinci yarısı ailə tədbiri, dostlarla görüş və ya romantik görüş üçün uyğundur.
Oğlaq
Bu, pis gün deyil: bir çox işdə əla nəticə əldə etmək şansı verəcək. İntuisiya ipucları dəqiq və vaxtında olacaq. Onlara diqqətlə qulaq asın — bu ipuclar çox vaxt kənardan gələn məsləhətlərdən daha faydalı olacaq.
Uğurlu işgüzar danışıqlar mümkündür. Bəzi Oğlaqlar yeni müttəfiqlər tapacaq, digərləri isə cazibədar iş təklifləri alacaq. Dövlət qurumlarına müraciət etmək, sənədləşmə ilə məşğul olmaq olar: burada xoşagəlməz sürprizlər və gecikmələr gözlənilmir.
Dolça
Gün yadda qalan gözlənilməz xəbərlər və ya hadisələr gətirəcək. Bir çox Dolçalar qətiyyətli olacaq və buna görə də gözlədiklərindən daha böyük uğurlar qazana biləcəklər. Uğurlu eksperimentlər mümkündür. Cəsarətli improvizasiyalar hətta çox güclü rəqiblər üzərində də üstünlük qazanmağa kömək edəcək.
Bəzi nümayəndələri qeyri-adi tanışlıqlar gözləyir. Bu gün ünsiyyətdə olacağınız insanlar özünəməxsus şəkildə seçilən şəxslər olacaq, onlardan çox şey öyrənəcəksiniz. Həm dostluq, həm də romantik münasibətlərin başlanğıcı mümkündür — burada hər şey sizin istəyinizdən və seçimlərinizdən asılı olacaq.
Balıqlar
Fərqli insanlara yanaşma tapmaq və ilk dəfə gördüyünüz şəxslər barədə tez düzgün təəssürat formalaşdırmaq bacarığınız sizə çox lazım olacaq. Bəzi Balıqlar yeni dostlar tapacaq, digərləri etibarlı müttəfiqlər qazanacaq. Qeyri-adi, həyəcanlı və parlaq romantik münasibətin başlanğıcı da istisna deyil.
Həmkarlarla fikir ayrılığı və mübahisələrdən yayınmaq mümkün olacaq. Siz mənasız söhbətlərdən məharətlə yayınacaq və diqqətinizi həqiqətən önəmli olan məsələlərə yönəldəcəksiniz. Bu, işləri tez bitirməyə kömək edəcək və istirahətə, yaxınlarla ünsiyyətə kifayət qədər vaxt saxlayacaq.
Oxşar Mövzular
"Telegram"da yenilik: Ödənişli hədiyyələr istifadəyə verildi
6-10-2024, 05:44
Gündəlik Bürclər-(12.05.2025)
12-05-2025, 00:00
