0
Çərşənbə axşamı
Yan 14

Çin aviaşirkəti Moskvaya uçuşları dayandırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Çinin "China Southern" aviaşirkəti Moskva-Pekin marşrutu üzrə birbaşa uçuşları yanvarın 20-dən martın 30-dək dayandırıb.

King.Az xəbər verir ki, bu barədə Rusiya Turizm Operatorları Assosiasiyası məlumat yayıb.

Məlumata görə, hazırda dörd aviaşirkət Moskva-Pekin marşrutu üzrə uçuşlar həyata keçirir: "China Southern"dən başqa, bunlar "Aeroflot", "China Eastern" və "Hainan Airlines"dır.

Uçuşların ləğvi 15-17 min insana təsir edə bilər. Qərarın səbəbləri hələ ki məlum deyil. Uçuşların ləğvinin Avropa Aviasiya Təhlükəsizliyi Agentliyinin (EASA) Rusiya hava məkanında uçuşlardan çəkinmək tövsiyəsi ilə əlaqəli olması mümkündür.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.