Çərşənbə axşamı
Yan 28

Neymar Səudiyyə Ərəbistanı klubu ilə yollarını ayırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Braziliya millisinin üzvü Neymar Səudiyyə Ərəbistanının "Əl-Hilal" komandasından ayrılıb.

King.Az Oxu.Az-a isitnadən bildirir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Otuz iki yaşlı oyunçu ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib. "Sambaçı"nın sabiq komandası "Santos"a (Braziliya) geri dönəcəyi gözlənilir.

Qeyd edək ki, 2023-ci yayında "Əl-Hilal"a transfer olunan hücumçu zədə səbəbindən ümumilikdə 7 oyunda 1 qol və 3 məhsuldar ötürmə ilə yadda qalıb.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.