0
Bazar ertəsi
Dek 30

Çindən böyük sürpriz: Sürəti saatda 450 kilometrə çatan qatar təqdim olundu

HASANLY
Çinin "China National Railway Group" şirkəti Pekində innovativ yüksəksürətli elektrik qatarı təqdim edib.

King.Az xəbər verir ki, bu barədə "Haber Global" bildirib.

Qeyd olunur ki, bu futuristik qatar artıq dünyanın ən sürətlisi adlandırılır, çünki sınaq zamanı sürəti inanılmaz həddə - saatda 450 km-ə çatır. Ancaq müntəzəm reyslər zamanı o bir qədər "yavaş" - təxminən saatda 400 kilometr sürətlə hərəkət edəcək.

Tərtibatçıların sözlərinə görə, qatarın prototipi sürət, enerji səmərəliliyi, daxili səs-küy səviyyəsi və digər xüsusiyyətlərə görə dünyada liderdir. Xüsusilə əyləc göstəricisi təəccüblüdür: mühəndislər əyləcləmə məsafəsinin qatarın sürətindən demək olar ki, asılı olmamasına nail olublar. Bu, sərnişinlərin təhlükəsizliyini əhəmiyyətli dərəcədə artırır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.