Çərşənbə
May 21

İnformasiya resurslarına kiberhücümlar davam edir

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

"Arabian Ghost" adlı haker qruplaşması ölkəmizin bir sıra informasiya resurslarına, o cümlədən dövlət saytlarına qarşı kiberhücumlar həyata keçirdiyini açıqlayıb.

King.Az xəbər verir ki, bu barədə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) məlumat yayıb.

"Məlumat üçün bildiririk ki, dövlət qurumlarına qarşı həyata keçirilən kiberhücümlar XRİTDX tərəfindən sutka ərzində monitorinq olunur və bu hücumların qarşısı tərəfimizdən keçirilən tədbirlər nəticəsində alınır. Kiberhücümların hazırda da davam etməsinə baxmayaraq, dövlət qurumlarının informasiya resurslarında heç bir dayanma və ya müdaxilə halı qeydə alınmayıb.

Vətəndaşları və dövlət qurumlarını kibertəhlükəsizlik sahəsində diqqətli olmağa, şübhəli fəaliyyətlər barədə dərhal məlumat verməyə və təhlükəsizlik tədbirlərini gücləndirməyə çağırırıq", - deyə məlumatda qeyd olunub.

Qeyd edək ki, XRİTDX-nin Kompüter İnsidentlərinə Qarşı Mübarizə Mərkəzinin rəsmi saytında kibertəhlükəsizliklə bağlı məlumatlar və tövsiyələr mövcuddur.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.