Cümə axşamı
Yan 08

ABŞ tərəfindən ələ keçirilən Rusiyanın "Marinera" tankeri Qayana bayrağı altında icarəyə götürülübmüş

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ tərəfindən ələ keçirilən Rusiyanın "Marinera" tankeri Qayana bayrağı altında özəl treyder tərəfindən icarəyə götürülübmüş.

King.Az-ın məlumatına görə, bu barədə "İzvestiya" nəşri məlumat verib.

Məlumata görə, tanker ABŞ Sahil Mühafizəsi gəmisi tərəfindən təqib edilməyə başladıqdan sonra Atlantik okeanında bayrağını Rusiya bayrağına dəyişdirib.

Mühafizə gəmisi ekipajdan ABŞ limanına istiqamət götürməsini tələb edib, çünki ABŞ Qayana hakimiyyətindən ölkənin həqiqətən də neft tankerinə öz bayrağını verməsinə dair təsdiq almayıb. Lakin gəmi tələblərə tabe olmayıb və Atlantik okeanına doğru istiqamət götürüb. Artıq yolda adını dəyişdirib və Soçi limanı kapitanından Rusiya bayrağı altında müvəqqəti qeydiyyat alıb.

Tankerin göyərtəsində ümumilikdə 28 nəfər olub ki, onlardan 20-si Ukrayna vətəndaşıdır. Kapitan da daxil olmaqla, altı ekipaj üzvü Gürcüstan vətəndaşıdır. Qalan iki dənizçi isə rusiyalıdır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.