Bazar
Yan 05

Aktyor Azər Baxşəliyev dəfn edildi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Aktyor Azər Baxşəliyevin nəşi Qurd Qapısı qəbiristanlığında torpağa tapşırılıb.

King.Az xəbər verir ki, dəfn mərasimində mərhumun ailəsi, yaxınları, eləcə də sənət dostları iştirak edib.

Xatırladaq ki, aktyor uzun müddət idi ki, böyrək çatışmazlığından əziyyət çəkirdi. O, böyrəkköçürmə əməliyyatı üçün donor axtarırdı.

A.Baxşəliyev daha çox ATV telekanalında yayımlanan "Bozbash Pictures" layihəsində canlandırdığı "Ağsaqqal" obrazı ilə sevilib.

Azər Baxşəliyev 3 iyul 1985-ci ildə anadan olub. Beynəlxalq Universitetinin Ərəb ölkələri üzrə regionşünaslıq fakültəsini bitirib. Evli idi, bir qız övladı var.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.