Bazar ertəsi
Mar 24

Gürcüstan prezidenti sələfinin verdiyi iddianı geri götürdü

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Gürcüstan Prezidenti Mixail Kavelaşvili keçmiş dövlət başçısı Salome Zurabişvilinin xarici agentlər haqqında qanuna qarşı qaldırdığı iddianı Konstitusiya Məhkəməsindən geri götürüb.

King.Az xəbər verir ki, bu barədə prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda deyilir:

"Qanun xarici qüvvələrin maraqlarını həyata keçirən təşkilatların maliyyələşməsinin mənşəyi barədə cəmiyyəti maksimum dərəcədə məlumatlandırmağa xidmət edir. Müvafiq olaraq, Gürcüstan Prezidenti Mixeil Kavelaşvili konstitusiya iddiasından imtina etmək qərarına gəlib".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.