ABŞ Silahlı Qüvvələri dəniz platformalı zərbə kamikadze pilotsuz uçuş aparatı (PUA) olan "Lukas"ı istifadəyə verib.
King.Az bu barədə ABŞ Hərbi Dəniz Qüvvələrinin Mərkəzi Komandanlığının rəsmi saytına istinadən xəbər verir.
"Lukas"ın hərbi gəmidən ilk uğurlu buraxılışı hərbçilərə əlçatan və effektiv pilotsuz vasitələrin operativ şəkildə təqdim olunmasında mühüm mərhələdir", - deyə vitse-admiral Kurt Renşou bildirib.
Bildirilir ki, hərbçilər dronun buraxılışını "USS Santa Barbara" döyüş gəmisindən həyata keçiriblər.
Oxşar Mövzular

Yəmən hökuməti istefa verdi
16-01-2026, 11:44Qulaqda mum varsa nə etməli
14-04-2025, 01:29