0
Cümə
Yan 03

Avropada qazın qiyməti kəskin artıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Avropa birjalarında qazın qiyməti 2023-cü ilin oktyabrından bəri ən yüksək səviyyəyə qalxıb.

King.Az "Bloomberg"ə istinadən xəbər verir ki, hazırda qiymət 1000 kubmetr üçün 540 dollara (təxminən 918 manat - red.) çatıb.

Mavi yanacağın qiyməti Rusiya qazının Ukrayna vasitəsilə Avropaya nəqlinin dayandırılması ilə əlaqədar artıb.

Bundan əlavə, Norveçin Hammerfest şəhərində mayeləşdirilmiş təbii qaz zavodunun kompressor nasazlığı səbəbindən yanvarın 9-dək fəaliyyətini dayandırması qiymətə təsir göstərib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.