Çərşənbə axşamı
Avq 12

Pezeşkian türk adları ilə bağlı qadağaların aradan qaldırılmasını tapşırdı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

İranda uşaqlara türk adlarının qoyulmasına tətbiq edilən məhdudiyyətlərlə bağlı başlanılan "Balamın adı" kampaniyasına İran Prezidenti Məsud Pezeşkian reaksiya verib.

Bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.

Məlumata görə, M.Pezeşkian 15 761 nəfərin imzaladığı petisiyanı nəzərə alaraq, İran Vətəndaş Qeydiyyatı İdarəsinə adlarla bağlı qoyulan qadağaların araşdırılması və aradan qaldırılması ilə bağlı göstəriş verib.

Xatırladaq ki, bir müddət öncə Azərbaycan türkləri arasında uşaqlara türk adlarının verilməsinin rəsmiləşdirilməməsi ilə bağlı problem yaranmışdı. Bu səbəblə vətəndaşlar "Balamın adı" kampaniyasına start verərək, Prezident Məsud Pezeşkiana, daxili işlər nazirinə və parlament sədrinə açıq məktub ünvanlamışdılar.

Təşkilatçılar bildirirlər ki, məqsəd İran qanunvericiliyinin "Vətəndaş vəziyyəti aktlarının qeydiyyatı haqqında" qanunun 20-ci maddəsinin dəyişdirilməsidir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.