"Real Madrid"in yarımmüdafiəçisi Federiko Valverde ilə bağlı transfer xəbəri yayılıb.
King.Az "TGRT News"a istinadən xəbər verir ki, "Mançester Yunayted" klubu uruqvaylı ulduzu transfer etmək üçün Madrid təmsilçisi ilə danışıqlara başlayıb.
Qeyd olunub ki, Premyer Liqa nəhəngləri Valverdenin transferi üçün "Real Madrid"ə 100 milyon avroluq təklif irəli sürüblər. Lakin "Bernabeu"da xoşbəxt olduğunu açıq şəkildə dilə gətirən Valverde "qırmızı şeytanlarl"la danışıqlardan imtina edib. 26 yaşlı ulduz hələlik İspaniya komandasından ayrılmaq fikrində olmadığını deyib.
Qeyd edək ki, Valverde "Kral klubu"nun heyətində 329 rəsmi matçda 32 qol vurub və 33 məhsuldar ötürmə ilə yadda qalıb.
Oxşar Mövzular

"Nyukasl Yunayted"in oyunçusu Premyer Liqanın tarixinə düşdü
8-01-2026, 12:39UEFA Avropa Liqası: "Qarabağ" "Lion"la üz-üzə
28-11-2024, 12:15
PAKITO - Living On Video (Official HD Video)
17-04-2026, 20:59