Futbol üzrə Türkiyə yığmasının və İtaliyanın "İnter" komandasının futbolçusu Hakan Çalhanoğlu mafiya ilə bağlantılı azarkeş qrupları işi üzrə istintaq çərçivəsində cəzalandırılıb.
King.Az "Türkiye" qəzetinə istinadla xəbər verir ki, yarımmüdafiəçi prokurorluqla razılığa gələrək, bir oyunluq diskvalifikasiya qərarını qəbul edib.
Bundan başqa, o, 30 min avro məbləğində cərimələnib.
Qeyd edək ki, türkiyəli futbolçununun adı "İnter" və "Milan" klublarının azarkeş qruplarının xüsusilə İtaliyanın "Ndrangeta" mafiyası ilə bağlantılı olduğu iddialarını araşdıran istintaqda hallanıb.
O, "İnter"in ultras qrupunun lideri Marko Ferdiko və öldürülən Antonio Belokko ilə təmasları səbəbilə ifadə vermişdi.
Çalhanoğlu bu insanlarla görüşdüyünü etiraf edib və bunun səbəbinin 2023-cü ilin fevralında Türkiyədə baş verən zəlzələ fəlakətinə dəstək olaraq açılan pankarta görə təşəkkür etmək olduğunu bildirib.
İtaliya Futbol Federasiyasının qaydalarına əsasən, futbol mütəxəssisləri mövsüm başlayandan sonra azarkeş qruplarının nümayəndələri ilə görüşməməlidir.
Oxşar Mövzular

"Qarabağ" Juninyonun boşluğunu rumıniyalı futbolçu ilə doldurmaq istəyir
13-01-2025, 19:11
Zelenski Putinin atəşkəsə dair bəyanatına münasibət bildirdi
14-03-2025, 13:08
Bağırsaq xərçəngi yaradan vərdişlər - Milyonlarla insan bunu edir
27-12-2024, 23:15