"Milan"da çıxış edən Luka Modriç İtaliya A Seriyasında debüt edərək ölkə çempionatının tarixinə düşüb.
King.Az-ın "Sport-express" nəşrinə istinadən verdiyi xəbərə görə, bu barədə jurnalist Nikola Skira məlumat paylaşıb.
Məlumata görə, 39 yaşlı yarımmüdafiəçi İtaliya A Seriyasında debüt edən ən yaşlı futbolçu ünvanını əldə edib.
Xorvat oyunçu bu nailiyyətə evdə "Kremoneze" ilə matçda meydana çıxmaqla sahib olub.
Qeyd edək ki, Modriç A Seriyasında 39 yaş, 11 ay və 14 günündə debüt edib.
Xatırladaq ki, sözügedən matç "Milan"ın 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
Oxşar Mövzular

"İnter"in ulduzu bir ay meydanlardan kənar qalacaq
21-02-2026, 14:30
İspaniyada rəssam Qoyanın əsərləri dövlət mülkiyyəti kimi tanındı
28-03-2026, 15:49
The Eyl - Eşq Yaşatmır (Prod.by Akshinmusic)
30-11-2025, 18:55