"Avropa İttifaqının hələlik Rusiyanın aktivlərinin dondurulmasını ləğv etmək niyyəti yoxdur".
King.Az Rusiya mətbuatına istinadən xəbər verir ki, bunu Almaniya Kansleri Fridrix Merts deyib.
Onun sözlərinə görə, Moskva Kiyevə kompensasiya ödəyənə qədər Rusiya aktivləri dondurulmuş vəziyyətdə qalacaq.
Merts, həmçinin Avropa İttifaqının Ukraynaya faizsiz kredit verəcəyini də bəyan edib.
Kansler qeyd edib ki, rəsmi Kiyevdən yalnız bir halda borcu geri ödəməsi tələb olunacaq:
"Ukrayna kreditləri yalnız Rusiya kompensasiya ödədiyi təqdirdə geri qaytaracaq".
