0
Cümə
İyn 06

"Puma" ulduz idmançının şərəfinə ayaqqabı buraxdı

HASANLY

"Puma" şirkəti ABŞ-nin "İndiana Peysers" basketbol klubunun ulduzu Tayriz Halibertonun adını daşıyan ilk idman ayaqqabısını təqdim edib.

King.Az xəbər verir ki, bu barədə brendin sosial şəbəkə səhifələrində məlumat yayılıb.

Məlumata görə, ayaqqabı "Hali 1" adlanır. Basketbolçu onu ilk dəfə bu axşam NBA final seriyası çərçivəsində "Oklahoma Siti" ilə birinci oyunda geyinəcək.

İdman ayaqqabısı 2025-26 NBA mövsümü ərəfəsində sentyabr ayında mağazalarda satışa çıxarılacaq.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.