Cümə axşamı
Dek 11

Rusiyada universitetdə partlayış: Ölənlər və yaralananlar var

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Rusiyanın Perm Politexnik Universitetinin Aerokosmik fakültəsinin binasında partlayış baş verib.

King.Az-ın xəbərinə görə, bu barədə "Baza" "Telegram" kanalı məlumat verib.

Məlumata görə, partlayış nəticəsində iki nəfər ölüb, iki nəfər yaralanıb. Həlak olanlardan biri uşaqdır.

Bildirilir ki, partlayış laboratoriyada tədqiqatlar üçün nəzərdə tutulmuş hidrodinamik stendin təzyiqinin aşağı düşməsi səbəbindən baş verib.

Hadisə yerində təcili yardım və digər müvafiq xidmətlərin əməkdaşları işləyir.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.