Malayziyada güclü daşqınlar səbəbindən təxliyə olunan sakinlərin sayı 34 min nəfəri ötüb.
King.Az "Bernama" informasiya agentliyinə istinadla xəbər verir ki, müvəqqəti köçkünlərin ümumi sayı 34 339 nəfərə çatıb, ölkədə 180-dən çox təxliyə mərkəzi yaradılıb.
Təbii fəlakətdən ən çox Kelantan (10 950 təxliyə olunmuş sakin), Perlis (7 501), Perak (5 620), Kedah (4 306), Trenqanu (3 483) və Selanqordur (2 460) ştatları ziyan çəkib. Qeyd edək ki, 2024-cü ildə Malayziyanı bürüyən daşqınlardan dəyən zərərin həcmi 933.4 milyon ringgit (225 milyon dollar) təşkil edib ki, bu da ölkənin ümumi daxili məhsulunun 0.05%-nə bərabərdir.
Oxşar Mövzular
A Seriyası: "Napoli" son anda qələbəni əldən buraxdı
3-02-2025, 11:51
Gündəlik Bürclər-(11.12.2025)
11-12-2025, 00:00