Argentina hökuməti meşə yanğınları səbəbindən La-Pampa əyalətində və Pataqoniyanın üç bölgəsində fövqəladə vəziyyət elan edib.
King.Az xəbər verir ki, bu barədə ölkənin baş naziri Manuel Adorni sosial şəbəkə hesabında məlumat verib.
"Hazırda Çubut, Rio-Neqro, Neuken və La-Pampada baş verən yanğınlarla əlaqədar fövqəladə vəziyyət elan olunub", - deyə nazir bildirib.
Məlumata görə, Argentinanın cənubunda bir neçə həftədir meşə yanğınları davam edir. YUNESKO-nun Dünya İrsi Siyahısına daxil olan Los-Alerkes Milli Parkı da yanğına məruz qalıb.
Oxşar Mövzular
Gündəlik Bürclər-(16.11.2024)
16-11-2024, 00:43Keçmiş UFC çempionu beş il müddətinə həbs olunub
25-03-2025, 22:30
"SpaceX" tarix yazmağa hazırlaşır - Milyardlıq əməliyyat
2-04-2026, 15:49