0
Bazar ertəsi
Sen 08

ABŞ-də ictimaiyyətin qəzəbindən sonra qərar: Los-Anceles polisi Kamala Harrisi mühafizə etməyəcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

ABŞ-də ictimaiyyətin qəzəbindən sonra Los-Anceles polisi keçmiş vitse-prezident və Demokratlar Partiyasından ABŞ prezidentliyinə keçmiş namizəd Kamala Harrisin təhlükəsizliyini təmin etməyi dayandırıb.

King.Az-ın xəbərinə görə, bu barədə "Los Angeles Times" nəşri məlumat verib.

Məlumata görə, sentyabrın 6-dan yerli polis əməkdaşlarının üzərinə qoyulan bu tapşırıq ləğv edilib.

Xatırladaq ki, sentyabrın 5-də "Los Angeles Times" qəzeti ABŞ Prezidenti Donald Trampın Harrisi dövlət himayəsindən məhrum etməsindən sonra onun təhlükəsizliyinin təminatı ilə müvəqqəti olaraq ən azı 12 şəhər polisinin məşğul olacağını yazmışdı. Qəzet hakimiyyətin bu qərarını tənqid etmişdi. Bundan əlavə, Los-Anceles Polis Mühafizə Liqası da bu qərarı sərt tənqid etmişdi. Onlar prezidentliyə namizədlik seçkisində məğlub olan, üstəlik də özü multimilyoner olan, bir neçə evə sahib olan və öz təhlükəsizliyini asanlıqla özü təmin edə bilən birinin təhlükəsizliyini təmin etmək üçün hüquq-mühafizə orqanlarını adi Los-Anceles sakinlərini mühafizəsindən yayındırmağı "dəlilik" adlandırmışdılar.

Qeyd edək ki, avqustun sonunda Tramp Harrisi ABŞ Gizli Xidməti tərəfindən təmin edilən hökumət müdafiəsindən məhrum etməyi əmr etmişdi.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.