ABŞ Prezidenti Donald Tramp elan edib ki, Səudiyyə Ərəbistanına Vaşinqtonun Şimali Atlantika Alyansına (NATO) daxil olmayan əsas tərəfdaşı statusu verib.
King.Az xəbər verir ki, bu barədə "ABC News" telekanalı məlumat verib.
Telekanal Ağ Ev rəhbərinin - "Bu axşam mən hərbi əməkdaşlığımızı yeni səviyyəyə çatdırdığımızı və Səudiyyə Ərəbistanına rəsmi olaraq NATO çərçivəsindən kənarda mühüm müttəfiq statusu verdiyimizi elan etməkdən məmnunam", - sözlərini təqdim edib.
Bildirilir ki, Tramp iki ölkə arasında müdafiə sahəsində strateji saziş imzalandığını elan edib. Sazişin detalları açıqlanmasa da, məlumdur ki, sənəd ABŞ-nin müdafiə podratçılarının Krallıqdakı fəaliyyətini asanlaşdıracaq, Səudiyyə Ərəbistanına ABŞ-nin xərclərini kompensasiya etmək üçün yeni imkanlar yaradacaq və ABŞ-nin Səudiyyə Ərəbistanının əsas strateji tərəfdaşı statusunu təsdiqləyəcək.
Bununla da Səudiyyə Ərəbistanı ABŞ-nin Avstraliya, İsrail və Qətər kimi müttəfiqləri cərgəsinə qoşulub.
Qeyd edək ki, Donald Tramp noyabrın 18-də Ağ Evdə Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əs Səudla görüşüb. Görüş zamanı iki ölkənin liderləri bir-birilərinin əllərini sıxıb və birgə şəkil çəkdiriblər.
Oxşar Mövzular
Çiy də faydalıdır, bişmişi də
18-11-2024, 14:40