Şənbə
Yan 04

"Hörümçək adam" Los-Anceles mağazasında dalaşanları ayırıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Aktyor Tom Holland supermarketdə davanın qarşısını necə aldığını xatırlayıb.

King.Az xəbər verir ki, o, bu əhvalatı "Men's Health" jurnalına verdiyi müsahibədə danışıb.

Holland Los-Ancelesdə alış-veriş edərkən bir-birini döymək üzrə olan kişiləri görüb. Onlardan biri aktyoru tanıyan kimi sakitləşib və bildirib ki, çox qəzəbli olsa da, "Hörümçək adam"ın xatirinə davadan əl çəkir.

Holandın sözlərinə görə, hazırda superqəhrəman filminin yeni hissəsi buraxılışa hazırlanır. "Hörümçək adam 4" 2026-cı ilin yayında ekranlara çıxacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.