Qazaxıstan Xarici İşlər Nazirliyi 30 aprel 2025-ci il tarixindən etibarən ölkədə investisiya vizasının tətbiqini elan edir. Xarici vətəndaşlar 300.000 ABŞ dolları investisiya qarşılığında Qazaxıstanda yaşayış icazəsi ala biləcəklər.
King.Az Zakon.kz-ya istinadən xəbər verir ki, bunu Qazaxıstan XİN-in Mətbuat Xidməti bildirib.
Viza ölkənin investisiya cəlbediciliyinin artırılması və uzunmüddətli biznes əməkdaşlığının dəstəklənməsi üçün nəzərdə tutulub. Sənəd 10 il müddətinə veriləcək.
Daha əvvəl 1 iyun 2025-ci ildən Özbəkistanda "qızıl viza"nın tətbiq ediləcəyi bildirilmişdi.
Oxşar Mövzular
Top Deep House Beats 2025 | Nana's Mix #deephouse
9-06-2025, 13:02Qızılın qiyməti unsiyaya görə, 3 400 dolları ötüb
21-04-2025, 13:26
