Bazar
Yan 04

Corc Kluninin Fransa vətəndaşlığı almasının SİRRİ

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Amerikalı aktyor Corc Kluni həyat yoldaşı Amal Kluni və uşaqları ilə birlikdə bu yaxınlarda Fransa vətəndaşlığını alıb.

King.Az xəbər verir ki, "The Guardian" bu qərarın çoxsaylı səbəblərini açıqlayıb.

Məlumata görə, ulduz cütlüyün Fransaya köçməsi və müvafiq vətəndaşlıq dəyişikliyi əsasən Böyük Britaniya hökumətinin insan haqları fəalı Amal Kluninin ABŞ sanksiyaları ilə üzləşə biləcəyi barədə xəbərdarlığı ilə əlaqədardır. Belə ki, xanım Kluninin Beynəlxalq Cinayət Məhkəməsi tərəfindən İsrailin Baş naziri Benyamin Netanyahu barədə həbs orderinin verilməsində xidmətləri olub.

Həmçinin köç qərarına təsir edən əsas amillərdən biri kimi Corc Kluninin Donald Trampın ABŞ prezidenti kimi yenidən seçilməsinə qarşı çıxması göstərilir. Bildirilir ki, aktyor dövlət başçısının ondan qisas ala biləcəyindən ehtiyatlanır.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.