Ermənistan hökuməti cümə axşamı keçirilən iclasda müdafiə ehtiyacları üçün əlavə 4 milyard 371 milyon dram (təxminən 11 milyon dollar) ayırmaq qərarı qəbul edib.
King.Az xəbər verir ki, bu barədə "Sputnik Ermənistan" məlumat yayıb.
Qeyd olunur ki, bu məbləğ sərhədlərin təhlükəsizliyinin və toxunulmazlığının təmin edilməsinə yönəldiləcək.
Xatırladaq ki, 2025-ci ildə 2024-cü illə müqayisədə Ermənistan büdcəsində müdafiə xərcləri 115 milyard dram (300 milyon dollar) artaraq 660 milyard dram (1 milyard 717 milyon dollar) təşkil edib. Amma 2026-cı ildə 560 milyard drama (1 milyard 455 milyon dollar) qədər azalma planlaşdırılır.
Oxşar Mövzular
"Telegram"da təzə FUNKSİYALAR
12-05-2025, 13:30Azərbaycan Premyer Liqası: XVII tura iki görüşlə start veriləcək
14-12-2024, 11:55
Rəhim Sadıxov Azərbaycan çempionatlarında yubiley qolunu vurub
26-01-2026, 14:53