1
Cümə axşamı
Dek 05

"Telegram" istifadəçiləri üçün yeni funksiyalar əlçatan olub

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"Telegram" mesencerinin tərtibatçıları süni intellekt (Sİ) əsasında yeni funksiyaları əhatə edən yeniləmə buraxıblar.

King.Az xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat yayılıb.

Əsas yenilik "Telegram"a bir neçə açar sözlü mürəkkəb sorğular üzrə stiker axtarışı üçün xüsusi təlim keçmiş Sİ modelinin əlavə edilməsi olub. Məsələn, "pişik qəhvə içir" sorğusu daxil edildikdə "Telegram"ın 40 mindən çox rəsmi stikeri arasından müvafiq nəticələr dərhal göstəriləcək. Funksiya onlarla dildə dəstəklənir və "Telegram Premium" abunəçiləri, həmçinin emojilərin Sİ axtarışından istifadə edə bilərlər.

Həmçinin "Telegram"da "Hekayələr"də altı fotoya və ya videoya qədər bir maketdə birləşdirmək imkanı ilə kollajlar yaratmaq mümkün olub. İdeal kompozisiya yaratmaq üçün istifadəçilər qalereyadan və ya kameradan mediafayllar əlavə edə, maket seçə, fraqmentlərin yerini dəyişə və ya onları silə bilərlər.

Bundan əlavə, "Telegram" istifadəçilərə və kanallara "Telegram Stars" virtual valyutası qazanmaq imkanı verən mini-tətbiqlər üçün tərəfdaşlıq proqramlarını elan edib.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.