Çərşənbə axşamı
Noy 25

UEFA Çempionlar Liqası: "Qarabağ" çətin "Napoli" səfərində

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Bu gün UEFA Çempionlar Liqasının Liqa mərhələsinin beşinci turunda "Qarabağ" növbəti oyununa çıxacaq.

King.Az xəbər verir ki, təmsilçimiz səfərdə İtaliyanın "Napoli" klubu ilə üz-üzə gələcək.

"Dieqo Armando Maradona" stadionunda keçiriləcək matç Bakı vaxtı ilə gecəyarısında start götürəcək.

Qeyd edək ki, dörd turdan sonra "Qarabağ" yeddi xalla 15-ci, "Napoli" isə dörd xalla 24-cü yerdədir.

Xatırladaq ki, "Qarabağ" növbəti oyununu dekabrın 10-da doğma meydanda "Ayaks" klubuna qarşı keçirəcək.

26 noyabr

UEFA Çempionlar Liqası

V tur

Saat 00:00, "Napoli" - "Qarabağ".

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.