"Azərbaycan D-8 Media Mükəmməllik Mərkəzinin yaradılması təşəbbüsü ilə çıxış edib və ona ev sahibliyi etməyə hazırdır".
King.Az "Report"a istinadən xəbər verir ki, bunu D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının baş katibi İsiaka Abdulqadir İmam Bakıda keçirilən D-8 İqtisadi Əməkdaşlıq Təşkilatının mediaforumu çərçivəsində bildirib.
Onun sözlərinə görə, Azərbaycanın əsas təşəbbüslərindən biri ölkənin ev sahibliyi etməyə hazır olduğu D-8 Media Mükəmməllik Mərkəzinin yaradılmasıdır. Bu Mərkəz media sahəsində əməkdaşlığın inkişafı, bilik mübadiləsi, peşəkar hazırlıq və üzv ölkələrin jurnalistləri və media mütəxəssislərinin imkanlarının genişləndirilməsi üçün flaqman platformaya çevriləcək.