"ABŞ donanması sualtı qayıqlar üzrə Rusiya və Çini 25 il qabaqlayır. Bugünkü gündə Birləşmiş Ştatların sualtı donanmasının 71 atom sualtı qayığı var".
King.Az-ın "Kommersant" nəşrinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ Prezidenti Donald Tramp Virciniya ştatında admiral və generalların iştirakı ilə keçirilmiş geniş iclasda çıxış edərkən deyib.
"Bu yaxınlarda Rusiyadan bizim istiqamətdə kiçik təhdid gəldi və mən sualtı qayığı, ən ölümcül silah olan atom sualtı qayığını göndərdim" , - deyə Ağ Evin rəhbəri vurğulayıb.
Tramp buna səbəb kimi nüvə silahının adının çəkilməsini göstərib: "Ehtiyat tədbiri olaraq, bir və ya iki sualtı qayığı Rusiya sahillərinə göndərdim. İnsanların "nüvə" sözündən necə gəldi istifadə etmələrinə yol verə bilmərik".
Oxşar Mövzular
Cud Bellinqem İspaniya La Liqasında dekabr ayının ən yaxşısı seçilib
27-12-2024, 21:27
Hikmət Hacıyev Aleksandr Vinnikovla görüşüb
5-12-2025, 16:2848 min km məsafəlik dünyanın ən uzun yolu haqqında nə bilirik?
11-01-2025, 12:17