Bazar
Sen 29

La Liqa: "Barselona" mövsümün ilk məğlubiyyətini aldı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
İspaniya La Liqasında səkkizinci tur lider "Barselona" üçün uğursuz olub.

King.Az Oxu.Az-a istinadən xəbər verir ki, katalon klubu bu dəfə "Osasuna"nın qonağı olub.

Meydan sahibləri "Barsa"nın qapısından 4 top keçiriblər. Qonaqlar bu qollardan yalnız ikisinin əvəzini çıxmağı bacarıblar - 4:2.

Qeyd edək ki, bu məğlubiyyət Kataloniya təmsilçisi üçün cari çempionatda ilk olub. Məğlubiyyətə baxmayaraq, "Barselona" 21 xalla çempionatdakı liderliyini qoruyub saxlayıb. "Osasuna" isə 14 xalla 6-cıdır.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.