Bu axşam Azərbaycanın minifutbol üzrə milli komandası Slovakiyada təşkil olunan Avropa çempionatında 1/4 final sınağına çıxacaq.
King.Az xəbər verir ki, yığmamız bu mərhələdə Çexiya kollektivi ilə münasibətlərinə aydınlıq gətirəcək.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 00:00-da səslənəcək. Bu cütün qalibi yarımfinal mərhələsində Rumıniya - Serbiya duelindən üstün ayrılan tərəflə üz-üzə gələcək.
Xatırladaq ki, Azərbaycan millisi bundan əvvəlki 1/8 final mərhələsində gərgin keçən oyunda Qazaxıstan yığmasını 3:2 hesabı ilə məğlub edərək adını növbəti tura yazdırıb.
Oxşar Mövzular
