"Real Madrid"in soyunub-geyinmə otağında yeni baş məşqçi ilə bağlı seçimlər dəqiqləşir.
King.Az idman jurnalisti Qonsalo Alvaresin sözlərinə istinadən xəbər verir ki, komanda bu postda Joze Mourinyonu deyil, Yurgen Kloppu görməyə daha çox üstünlük verir.
Madrid klubunun futbolçuları Mourinyonun iş üslubunun kollektiv daxilində gərgin atmosfer yarada biləcəyindən ciddi şəkildə ehtiyat edirlər.
Qeyd olunur ki, portuqaliyalı mütəxəssis daha sərt və konfliktə meyilli yanaşması ilə tanındığı halda, Klopp oyunçularda özünə qarşı daha böyük rəğbət hissi oyada bilir.
Alvares onu da vurğulayıb ki, klub prezidenti Florentino Peres Kloppun namizədliyinin cəlbediciliyini dərk etsə də, Mourinyonun ehtimal olunan qayıdışının yarada biləcəyi nəhəng media effektinin də tam fərqindədir.
Xatırladaq ki, bir müddət əvvəl "Sky Sports" nəşri madridlilərin "Benfika"nın hazırkı məşqçisi Mourinyonu dəvət etmək variantını nəzərdən keçirdiyini, lakin tərəflər arasında hələlik heç bir rəsmi danışığın aparılmadığını bildirmişdi.