0
Cümə axşamı
Yan 09

Kanada İrandan Ukrayna təyyarəsinin vurulmasına görə məsuliyyəti öz üzərinə götürməsini tələb edib

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
"İran Ukrayna təyyarəsinin vurulması ilə bağlı məsuliyyəti öz üzərinə götürməlidir".

"Azad İran" "Telegram" kanalının məlumatına görə, bu barədə Kanada hökumətinin Ukrayna Beynəlxalq Hava Yollarına məxsus "PS752" reysinin İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) iki raketi tərəfindən vurulmasının 5-ci ildönümü ilə əlaqədar yaydığı bəyanatında deyilir.

Kanada hökuməti Beynəlxalq Ədalət Məhkəməsində İrandan şikayət edildiyini bir daha xatırladıb.

Qeyd edək ki, təyyarənin vurulması nəticəsində göyərtədə olan 176 nəfər həlak olub. Kanada, İsveç, Ukrayna və Britaniya İranın məsuliyyəti öz üzərinə götürməsini, eləcə də təzminat ödənilməsini tələb edirlər.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.