Bazar ertəsi
Yan 05

Paşinyan Erməni Apostol Kilsəsinin yenilənməsi üzrə "yol xəritəsi"ni təqdim etdi

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Ermənistanın Baş naziri Nikol Paşinyan Erməni Apostol Kilsəsinin yenilənməsi ilə bağlı bəyanat təqdim edib.

Oxu.az xəbər verir ki, sənəddə Ermənistan hökumətinin başçısının və on din xadiminin imzası var.

"Müqəddəs Erməni Apostol Kilsəsinin yenilənmə prosesinin başlanğıcını elan edirik, bu, aşağıdakı "yol xəritəsi"nə uyğun olaraq həyata keçiriləcək", - məlumatda deyilir.

Sənəd beş bənddən ibarətdir: 1. İslahat gündəminin elan edilməsi; 2. Müqəddəs Erməni Apostol Kilsəsinin faktiki rəhbərinin vəzifəsindən uzaqlaşdırılması; 3. Kilsənin müvəqqəti başçısının müəyyən olunmuş qaydada seçilməsi; 4. Müqəddəs Erməni Apostol Kilsəsinin Nizamnaməsinin qəbulu; 5. Müəyyən edilmiş qaydada bütün ermənilərin katolikosunun seçilməsi.

Qeyd edək ki, Nikol Paşinyanla bütün ermənilərin katolikosu II Qaregin arasında münaqişə 2025-ci ildə Ermənistanda ən kəskin daxili siyasi qarşıdurmalardan birinə çevrilib.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.