Azərbaycan millisi bu gün "FIFA Series - 2026" beynəlxalq turniri çərçivəsində ilk oyununa çıxacaq.
King.Az xəbər verir ki, Ayxan Abbasovun baş məşqçisi olduğu komanda Sent Lüsiya yığması ilə üz-üzə gələcək.
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda təşkil olunacaq matç saat 19:00-da start götürəcək. Oyunu Gürcüstandan olan hakimlər briqadası (Giorgi Kruaşvili, Levan Varamişvili, Giorgi Elikaşvili, Koba Revazaşvili) idarə edəcək.
Nəzərə çatdıraq ki, Azərbaycan millisi martın 30-da Syerra Leone ilə münasibətlərə aydınlıq gətirəcək.
Oxşar Mövzular
