Cümə axşamı
Apr 24

Hindistan-Pakistan gərginliyi alovlanır: Terror aktından sonra qərar alındı

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Cammu və Kəşmirin Hindistanın nəzarətində olan hissəsində 26 nəfərin həlak olduğu terror aktından sonra rəsmi Dehli Pakistan səfirliyinin müdafiə, hərbi dəniz və hərbi hava qüvvələri üzrə məsləhətçilərini "persona non-qrata" (arzuolunmaz şəxs) elan edib.

King.Az TASS-a istinadən xəbər verir ki, bu barədə Hindistan xarici işlər nazirinin birinci müavini Vikram Misri brifinq zamanı açıqlama verib.

Hindistan, həmçinin İslamabaddakı səfirliyinin işçilərinin sayını demək olar ki, yarıya qədər azaltmaq qərarına gəlib.

V.Misrinin sözlərinə görə, ölkəsi Pakistanla sərhəddəki əsas "Atari" keçid məntəqəsini də bağlayıb.

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.