Bazar ertəsi
Okt 07

Viktor Osimhendən "Qalatasaray" azarkeşlərinə şad xəbər

Admin
"Qalatasaray" klubunun nigeriyalı ulduz futbolçusu Viktor Osimhenin yaşıl meydanlara dönəcəyi tarix bəlli olub.

King.Az xəbər verir ki, sentyabrın 28-də "Kasımpaşa" ilə görüşdə zədələnən Viktor Osimhen milli yığmaların oyunları ilə bağlı fasilədən sonra yenidən əsas heyətə qayıdacaq.

Bu barədə futbolçu özü jurnalistlərin suallarını cavablandırarkən deyib.

Qeyd edək ki, Viktor Osimhen "Napoli" klubundan "Qalatasaray"a icarə əsasında transfer olunub.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.