0
Bazar ertəsi
Yan 13

Efiopiya birjası yarım əsrdən sonra yenidən açılıb

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Efiopiyanın Baş naziri Abiy Əhməd birjanın yenidən fəaliyyətə başladığını elan edib.

King.Az TASS-a istinadən xəbər verir ki, əvvəlki birja 1974-cü ildə bağlanıb.

"İqtisadi və maliyyə sektorumuz üçün tarixi bir mərhələ olaraq, biz rəsmən Efiopiya Fond Birjasını işə saldıq", - deyə Efiopiya lideri bildirib.

Onun sözlərinə görə, birjanın işi ölkənin maliyyə sistemini gücləndirəcək və iqtisadi inkişafa töhfə verəcək. Birja müəssisələrə, dövlət qurumlarına və şirkətlərə bir sıra maliyyə məhsulları və xidmətləri təklif edəcək, Efiopiya və xarici investorlar üçün platforma rolunu oynayacaq.
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.