Smartfonların tez enerji itirməsinin əsas səbəbləri açıqlanıb.
King.Az-ın verdiyi məlumata görə, bu barədə news.ru portalında ekspertlərin rəylərinə əsasən məqalə dərc olunub.
Bildirilib ki, smartfonların enerjisinin tez tükənməsinin əsas səbəblərindən biri fon rejimində çalışan tətbiqlərdir. Xüsusilə sosial şəbəkə platformaları, naviqasiya proqramları və e-poçt tətbiqləri daha çox enerji sərf edir.
Bundan əlavə, hava proqnozu, fitnes-trekerlər və geolokasiya xidmətləri kimi tətbiqlər də batareyanın enerji ehtiyatını gizli şəkildə azaldır.
"Wi-Fi", "NFC" və "Bluetooth" modullarının da daim aktiv olması əlavə enerji sərfiyyatına səbəb olur.
Mütəxəssislər batareyanın ömrünü uzatmaq üçün enerji sərfiyyatına nəzarət etməyi, enerji çox sərf edən tətbiqlərin fon fəaliyyətini məhdudlaşdırmağı və ya bu tətbiqləri tamamilə bağlamağı tövsiyə edirlər.
Həmçinin enerji qənaət rejiminin aktivləşdirilməsi və istifadə olunmayan tətbiqlərin silinməsi də faydalı hesab olunur.
Oxşar Mövzular

King.Az və Fine.Az saytlarına Məqalə Əlavə Etmək qaydası
23-02-2025, 20:50
Azərbaycan Basketbol Liqasında I turun növbəti görüşü keçirilib
20-10-2024, 17:44
Azərbaycan Premyer Liqası: "Şamaxı" "Neftçi"yə qarşı
8-11-2024, 11:41