0
Cümə axşamı
Mar 06

UEFA Avropa Liqası: 1/8 final mərhələsinin ilk görüşləri keçiriləcək

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷
Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin ilk görüşləri baş tutacaq.

King.Az xəbər verir ki, Bakı vaxtı ilə saat 21:45-də "AZ Alkmaar" "Tottenhem"i, FKSB "Lion"u, "Fənərbağça" "Reyncers"i, "Real Sosyedad" isə "Mançester Yunayted"i qəbul edəcək.

Bakı vaxtı ilə gecə yarısı saat 00:00-da isə "Ayaks" "Frankfurt"la, "Roma" "Atletik Bilbao" ilə, "Budyo Qlimt" "Olimpiakos"la, "Viktoria Plzen" isə "Latsio" ilə qarşılaşacaq.

Qeyd edək ki, UEFA Avropa Liqasının cavab oyunları isə bir həftə sonra mart ayının 13 və 14-də keçiriləcək.

6 mart

UEFA Avropa Liqası

1/8 final mərhələsi

Saat 21:45, "AZ Alkmaar" - "Tottenhem";

Saat 21:45, FKSB - "Lion";

Saat 21:45, "Fənərbağça" - "Reyncers";

Saat 21:45, "Real Sosyedad" - "Mançester Yunayted".

7 mart

Saat 00:00, "Ayaks" - "Frankfurt";

Saat 00:00, "Roma" - "Atletik Bilbao";

Saat 00:00, , "Budyo Qlimt" - "Olimpiakos";

Saat 00:00, "Viktoria Plzen" - "Latsio".
Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.