Moldovada sovet kinorejissoru Leonid Qaydayın "İvan Vasilyeviç peşəsini dəyişir" filminin nümayişinə qadağa qoyulub.
King.Az "Sputnik Moldova"ya istinadən xəbər verir ki, yerli məmurların fikrincə, film militarist kontekst və siyasi məzmuna malikdir.
Qeyd edək ki, Moldova qanunvericiliyi ABŞ, Kanada, Aİ və ya Trans-sərhəd Televiziya haqqında Avropa Konvensiyasını ratifikasiya etmiş ölkələrdə hazırlanmayan xəbərlərin, analitik, hərbi və siyasi proqramların yayımlanmasını qadağan edir. Yalnız militarist məzmunu olmayan filmlər və əyləncə proqramları istisna təşkil edir.
Oxşar Mövzular
"Fənərbağça"dan Mourinyo ilə bağlı AÇIQLAMA
24-12-2024, 01:28"Premier Kredit" BOKT-nin lisenziyası ləğv olunub
25-04-2025, 11:59UEFA Millətlər Liqası: Xorvatiya - Portuqaliya ilə üz-üzə
18-11-2024, 11:42