Çərşənbə axşamı
İyl 15

"Zirə" növbəti yoldaşlıq görüşünə çıxır

𝓗𝓪𝓼𝓪𝓷𝓵𝔂 𝓡𝓸𝓿𝓼𝓱𝓪𝓷

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Zirə" bu gün üçüncü yoxlama oyununa çıxacaq.

King.Az xəbər verir ki, Premyer Liqanın gümüş medalçısı yerli "Çorum"la üz-üzə gələcək.

Qarşılaşma saat 17:00-da başlayacaq.

Qeyd edək ki, "Zirə" daha əvvəl Türkiyədə yerli "Ankara Keçiörengücü"nə (2:1) və İordaniya "Əl-Hüseyin"inə (1:0) qalib gəlib. Bakıda isə "Qarabağ"a 0:4 hesabı ilə uduzub.

15 iyul

Yoxlama oyunu

Saat 17:00, "Zirə" - "Çorum" (Türkiyə).

Şərhlər (0)

Məlumat
Qonaq istifadəçilərinin bu nəşri şərh etməsinə icazə verilmir.